Prezident İlham Əliyev: Bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik

Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtlı–vaxtında atılmış addımlar, bütün gücümüzü səfərbər edib bir dəmir yumruq yaradıb düşmənin başını əzdik.

Doğrusöztv.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, indi bizim üçün yeni dövr – quruculuq dövrü başlayır. “Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Burada artıq bu məlumat hər kəsdə var, videogörüntülər var. Mənim azad edilmiş ərazilərə səfərlərim bunu göstərir. Bütün binalar dağıdılıb. Bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır”, – deyə Prezident İlham Əliyev bildirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün […]