Prezident Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Oxunma vaxtı:14 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilsin”.

Loading

Next Post

Bir neçə dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib

Tarif Şurasının iclasında 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib. Qərar sabahdan qüvvəyə minəcək.