Nazir Anar Rzayevə xəbərdarlıq etdi, Malik Əliyevi işdən çıxardı

Oxunma vaxtı:38 Saniyə


Nazir Anar Rzayevə xəbərdarlıq etdi, Malik Əliyevi işdən çıxardıRəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Əldə etdiyimiz digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.
Nazir Anar Rzayevə xəbərdarlıq etdi, Malik Əliyevi işdən çıxardı

Loading

Next Post

DİN və Daxili Qoşunlar üzrə hərbi qulluqçulara "Müharibə veteranı" adı verildi: Təqaüd təyin edildi

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası işləri çərçivəsində Daxili İşlər Nazirliyi, o cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib. Bu barədə Əmək və Əhalinin […]