Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Sülh sazişinə nail olmaq üçün Ermənistan xoş niyyətlə danışıqlar aparmalıdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın tvitinə cavab olaraq yazıb.

“Regionumuzda ərazi bütövlüyü və suverenliyinə hörmət hökm sürməlidir və istənilən eskalasiya beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Beynəlxalq ictimaiyyət bu narrativi dəstəkləyir” , – A.Hacızadə yazıb.

Qeyd edək ki, ötən gün Paşinyan öz tvitter səhifəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olacağını və bunun ən yüksək səviyyədə qəbul edilmiş birgə rəsmi bəyanatlara əsaslanacağını yazıb.

“Yeni eskalasiya olmayacaq! Beynəlxalq ictimaiyyət bu narrativi qəti şəkildə dəstəkləməlidir”, – N.Paşinyan deyib.

Loading

Next Post

İlham Əliyev misirli həmkarı ilə danışdı

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə məkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb. Telefon […]