Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək – Müdafiə Nazirliyi

Oxunma vaxtı:39 Saniyə

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması şəratində, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.

Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov

Həll edilməmiş münaqişələr sülh və sabitliyə təhdidlər yaradır. Buna görə də münaqişələr ikili standratlar tətbiq edilmədən Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasında deyib. C.Bayramov bildirib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş […]