Avtobusları telefondan izləyə biləcəyik – Yeni proqram HAZIRLANIR

Oxunma vaxtı:21 Saniyə

“Dayanacaqlarda hansısa lövhənin, məlumatın yaxud qrafikin yerləşdirilməsi hələki nəzərdə tutulmayıb”.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov bloger Anar Əliyevə müsahibəsində deyib.

Onun sözlərinə görə, lövhələrəalternativ olaraq AYNA MaaS proqramı hazırlanıb:

“Tətbiqin formalaşması gedir və həmin tətbiq vasitəsilə sərnişinlər marşrutların istiqamətləri, qrafiki, dayanacaqdan keçən marşrutlar barədə, onların dayanacağa yaxınlaşma müddəti barədə əldə edə biləcəklər. Proqramın geniş ictimaiyyətə təqdim edilməsi yaxın zamanda həyata keçiriləcək”.

Loading

Next Post

Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib. Məktubda deyilir: “Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və […]