10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək – Ceyhun Bayramov

Oxunma vaxtı:38 Saniyə

Həll edilməmiş münaqişələr sülh və sabitliyə təhdidlər yaradır. Buna görə də münaqişələr ikili standratlar tətbiq edilmədən Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasında deyib.

C.Bayramov bildirib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanat 10 illiklərdən bəri davam edən Dağlıq Qarabağ münaqisinə son qoymuş oldu.

Nazir bildirib ki, bu razılaşmanın yerinə yetiriməsi nəticəsində hərbi əməliyyatlara son qoyuldu və işğalda olan Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. C.Bayramov vurğulayıb ki, razılaşmaya əsasən regionda nəqliyyat kommunikasiyaları açılacaq.

Nazir bu razılaşmanın reallığa çevrilməsində göstərdiyi səylərə görə Türkiyə və Rusiyaya təşəkkürünü bildirərək qeyd edib ki, razılaşma Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (VİDEO) (YENİLƏNİB)

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Doğrusöztv.Az-ın məlumatına görə, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular. Azərbaycanın dövlət himni səsləndirildi.