Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Oxunma vaxtı:44 Saniyə

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar.

Doğrusöztv.Az bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

Siyasi partiyaların birgə imzası ilə yayılan bəyanatda deyilir: “Biz Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qəbul etdiyi qətnaməni şiddətlə qınayırıq. Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bir neçə gün əvvəl bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq bir qərar qəbul etdiyi çox açıq şəkildə görünməkdədir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü professor Əli Cümədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan respublikaları arasında imzalanmış tarixi razılaşma nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, bölgədə sülhün […]