“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:36 Saniyə

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü professor Əli Cümədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan respublikaları arasında imzalanmış tarixi razılaşma nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin bərqərar olması münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycanın mədəniyyətlərarası dialoq və birgəyaşayış modeli, elm xadimləri ilə zəngin olması, habelə qədim Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkanda yerləşməsi bizə yaxşı məlumdur.

Qardaş Misirdən Vətən şəhidlərinə Allahdan rəhmət və məkanlarının cənnət olmasını, yaralılara isə şəfa diləyirəm.

Zati-aliləri, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə qardaş Azərbaycan xalqının azadlıq, əmin-amanlıq və rifah içində yaşamasını arzulayıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator

İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir və İtaliya müharibənin sona […]