
Bu gün Şəki Rayon Mərkəzi Xəstəxanası” Publkik Hüqiqi Şəxsdə həkim-endokrinoloq vəzifəsində xidmət edən doktor Nəzakət Kərimovanın ad günüdür.
N.Kərimova 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2009-2010-cu il Şəki Rayonlararası Endokrinoloji Dispanserdə internatura keçib.
2010-cu ildə Yunanıstanın “Patra” Universitetində “Trioid xəstəliklərinin diaqnostikası və müalicəsi ” üzrə təkmilləşdirmə kursu, 2012-ci ildə Türkiyənin Ankara şəhərində “Yıldırım Beyazıt Eğitim Araştırma“ xəstəxanasında Endokrinologiya üzrə təkmilləşdirmə kursu, 2013-cü ildə Rusiyanın Moskva şəhərində “Rusiya Tibb Akademiyası ” diplomdan sonraki təhsil proqramı çərçivəsində Endokrinologiya üzrə ixtisas artırma kursu keçmişdir.
2014-cü ildə “1-ci Endokrinologiya Simpoziumunda”, 2016-cı ildə Bakı şəhərində keçirilən EASD (Diabetin öyrənilməsi üzrə Avropa Assosiasiyası) kursunda, 2017-ci ildəAvropa Trioid Assosiasiyasının Grand kurslarında, 2018-ci ildə Bakıda keçirilən “Turkiyə-Azərbaycan 1-ci Pediatrik Endokrinologiya “ simpoziumunda,, 2018 – ci ildə ATA-Endokrinologiya Dərnəyininin 1-ci Hamiləlik və Endokrinoloji xəstəliklər simpoziumunda, 2018-ci ildə Bakıda keçirilən “Diabet məktəbi” təlimində, 2018-ci ildə Bakıda keçirilən “ 1-ci Azərbaycan Diabet Konqresində” iştirak etmişdir.
2020-ci il iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən şəkili həkimlər arasında Nəzakət Kərimova da olub. O, yaradılan şəraitə görə dövlətimizin başçısına Şəkinin səhiyyə ictimaiyyəıti adından minnətdarlığını bildirib.
Yüksək savadlı, qabiliyyəti, pasientlərlə, həmkarlarıyla xoş rəftarı, təmənnasız münasibəti ilə seçilən Nəzakət xanım həmyerlilərinin, işlədiyi kollektivin üzvlərinin dərin hörmətini qazanmış, xüsusilə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə, müharibə iştirakçılarına hədsiz həssaslıq göstərməkdədir.
Təcrübəli həkim Nəzakət Kərimovanı “Doğru Söz” qəzetinin və “Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru İsmayıl Abbasov, baş redaktor müavini Malik Mustafayev jurnalist kollektivi adından təbrik edir, ona insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs işində uğurlar arzulayırlar.
“Doğru Söz”
![]()
