Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub

Oxunma vaxtı:39 Saniyə

Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın siyasi və hərbi potensialı bu müddət ərzində artıb:

“Bu isə xalqımızın və dövlətimizin mühüm problemlərinin həllinə gətirib çıxarıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında zəfər qazandı. Bütün bunlar Heydər Əliyev tərəfindən başladılmış inkişafın, əldə edilmiş razılaşmaların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi idi. 1993-cü ilin iyununda Heydər Əliyevin böyük siyasətə qayıdışı, Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti sayəsində ölkənin yeni inkişaf səviyyəsi yüksəldi. Bu gün dövlət başçısının səyləri ilə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olub. Onun ideyaları xalqımızın bugünkü və gələcək nəsillərinin əməllərində yaşayır və yaşayacaq”.

Loading

Next Post

Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni seçilmiş patriarxını təbrik edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Təbrikdə bildirilib ki, Mitropolit Şionun (Elizbar Muciri) Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Katolikos-Patriarx seçilməyi bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirib. Təbrikdə mərhum Katolikos-Patriarx II İlyanın […]