Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti – Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, cinayət işi avqustun 24-də başlanıb. İş üzrə ittihamlar yalnız keçmiş prezidentlərlə məhdudlaşmır. İttiham olunan şəxslər arasında Robert Köçəryanın […]