MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

Oxunma vaxtı:36 Saniyə

Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında ötən gün gecə saatlarında guya Azərbaycan PUA-larını vurmaları barədə yaydığı xəbəri Azərbaycan Müdafiə Nazirliyi dərhal, 02:22-də təkzib etməsindən sonra İrəvan “düzəliş” etmək məcburiyyətində qalıb.Axar.az xəbər verir ki, Azərbaycan ordusuna məxsus PUA-nın Ermənistan MN Geqarkunik istiqamətində “sərhədi keçməyə cəhd etdiyini” iddia edib. Bildirilib ki, Ermənistan HHM qüvvələri bu faktı “qeydə alıb”. Ancaq PUA-nın sərhədi keçməsi və yaxud vurulması barədə heç bir məlumat yoxdur.

Xatırladaq ki, gecə saatlarında rəsmi sosial şəbəkə hesabında Basarkeçər səmasında Azərbaycan Ordusunun iki PUA-sını vurduğu barədə məlumat yaymışdı. Bu, Ermənistan MN-in əsl mahiyyətidir və nəinki Azərbaycan, erməni cəmiyyətinə də bu yalanlar yaxşı məlumdur. Ermənistan MN 44 günlük savaş zamanı da bu cür yalanlar uydururdu.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Doğrusöztv.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.