Azərbaycanda “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması hədəflənir.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Eyni zamanda Proqramda dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi məqsədilə Bakı–Naxçıvan– Bakı istiqaməti üzrə qeyri-müntəzəm (çarter) uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi, turoperatorlara turizm zərfinin satışı şərtilə Bakı–Naxçıvan–Bakı reysi üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması yer alıb.

Loading

Next Post

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşünün Bakıda keçirilməsi planlaşdırılır. Görüşün 16–18 sentyabr tarixlərində baş tutacağı gözlənilir. Görüş çərçivəsində Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı proqnozlaşdırılır. Qeyd edək ki, TDT üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin […]