TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:18 Saniyə

Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

Görüşün 16–18 sentyabr tarixlərində baş tutacağı gözlənilir.

Görüş çərçivəsində Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, TDT üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin IV iclası ötən il Bişkekdə baş tutub.

Loading

Next Post

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Bu barədə “Report” Kiyev meri Vitali Kliçkonun “X” sosial şəbəkəsinə istinadən xəbər verir. “PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib”, – Kliçko bildirib. Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər […]