Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN əməkdaşlarını mükafatlandırdı

Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Sərəncam verib.

Doğrusöztv.Az xəbər verir ki, Sərəncamda deyilir:

– Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

ƏSAS SƏHİFƏ XƏBƏR LENTİ RƏSMİ XRONİKA TREND TV SİYASƏT CƏMİYYƏT GÜNDƏM İQTİSADİYYAT DÜNYA XƏBƏRLƏRİ HADİSƏ İDMAN MƏDƏNİYYƏT HAVA PUL  AZ  Əsas səhifə Siyasət Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib SİYASƏT23 Avqust 2021 14:24 (UTC+04:00) Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, […]