Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Əgər Oman İranla münaqişə çərçivəsində Hörmüz boğazında ABŞ-nin fəaliyyətinə mane olarsa, Vaşinqton bu ölkəyə zərbələr endirəcək.

ABŞ Prezidenti Donald Tramp bu barədə “Fox News”un jurnalisti Trey İnqsta müsahibəsində bildirib.

“Əgər Oman yolumuza çıxarsa, biz onları bombalayacağıq”, – ABŞ Prezidenti bildirib.

Tramp bu bəyanatı ABŞ və İran arasındakı atəşkəs razılaşmasının müddətinin başa çatması ərəfəsində verib.

Ötən həftə İran Hörmüz boğazının fəaliyyətinin bərpa edilməsi ilə bağlı Omanla danışıqlar apardığını bildirib.

Loading

Next Post

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə ilk görüş üçün Niderlanda səfər planı müəyyənləşib. Bu barədə Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisi komandanın oyundan bir gün əvvəl, günorta saatlarında yola düşəcəyini söyləyib. Komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı Bakıda baş tutacaq. 54 yaşlı […]