İsrail ordusu Livanda “Hizbullah”a məxsus 80-dən çox hədəfə zərbə endirib

Oxunma vaxtı:21 Saniyə

İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda “Hizbullah” qruplaşmasına məxsus 80-dən çox hədəfi vurub.

Qruplaşmanın Nəbatiyyə, eləcə də Livanın cənubundakı digər rayonlarda yerləşən qərargahlarına, buraxılış qurğularına və digər infrastruktur obyektlərinə zərbələr endirilib.

Bundan başqa, İsrail ordusu Bekaa vadisində “Hizbullah”ın iki qərargahına hücum edib.

“Zərbələr nəticəsində “Hizbullah”ın bu qərargahlarda fəaliyyət göstərən onlarla yaraqlısı öldürülüb”, – məlumatda bildirilib.

Qeyd edilib ki, əməliyyat qruplaşmanın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.

Loading

Next Post

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda iyunun 20-si gündüz dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Ölkə ərazisində […]