Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir – Bir şərtlə

Oxunma vaxtı:31 Saniyə

Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər​.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir.

Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir. 

Qeyd edək ki, Danimarka krallığının muxtar ərazisi olan Qrenlandiyanın əhalisi 57 min nəfər təşkil edir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.

Loading

Next Post

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib

Bakıda daha iki nəfər dəm qazından ölüb. 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb. Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib. Oxşar hadisə Binəqədi rayonunda da baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev dünən yaşadığı […]