Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib.

Yenixeberorg.com: Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.

Qeyd edilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Loading

Next Post

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. Bu barədə qurumun “2026-cı il Fiskal Şəffaflıq Hesabatı”nda qeyd olunub. Hesabatda vuğulanıb ki, departament digər müvafiq federal qurumlarla məsləhətləşmələr apararaq minimum maliyyə şəffaflığı tələblərinin illik icmalını aparıb və illik qiymətləndirmə meyarlarını yeniləyib. Departament “2014-cü il Fiskal Şəffaflıq Hesabatı”nda müəyyən edilmiş 139 […]