Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Oxunma vaxtı:36 Saniyə

Martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

15:18

Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

TURAL NİFTALIYEVXALQIMIZI BELƏTƏBRİK EDİB

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru ( mətbuat katibi ), təqaüddə olan polis zabiti Tural Niftalıyev milli və müqəddəs bayramlarımız olan Ramazan və Novruz bayramları münasibəti ilə xalqımızı təbrik edib. Təbrikdə deyilir: Azərbaycanda Ramazan bayramı, həmdə milli – mənəvi həmrəyliyin, zəngin ənənələrin […]