Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Loading

Next Post

Məhərrəmlik başa çatdı - Toylar başladı

Azərbaycanda Məhərrəmliyin başa çatması ilə əlaqədar toylara start verilib. Dünən – avqustun 13-də ənənəvi iki aylıq yas müddəti (Məhərrəm və Səfər ayları) tam başa çatıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul şəxsləri bildiriblər. Bu gündən – avqustun 14-dən isə Azərbaycanda, o cümlədən Bakıda yerləşən şadlıq sarayları və restoranlarda toy […]