Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

DogruSozTv Az
Oxunma vaxtı:19 Saniyə

Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, E.Sultanov 2021-ci ildən bu vaxta qədər Azərbaycanın Latviyada səfiri vəzifəsində çalışıb.

Loading

Next Post

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı iştirak etdiyi tədbirlər və verdiyi müsahibə muxtar respublikanın qarşıdakı dövrdə artacaq strateji əhəmiyyətinə bir daha diqqət yönəldib. Ölkə başçısının nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinə dair fikirləri göstərir ki, Naxçıvanın coğrafi mövqeyinin siyasi və iqtisadi dəyəri yeni regional reallıqlar fonunda ciddi şəkildə artır. Bu […]