“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub

Oxunma vaxtı:27 Saniyə

“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur.

Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 %-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1% azdır.

Loading

Next Post

Dərs adı ilə evdən çıxan məktəbli qız itkin düşdü

Bakıda 17 yaşlı qız itkin düşüb. 2008-ci il təvəllüdlü A.Rzayeva mayın 20-si Nizami rayonu E.Süleymanov küçəsində yaşadığı evdən dərsə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.  Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.