Tramp: İran razılaşma əldə etmək istəyir

Oxunma vaxtı:22 Saniyə

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib.

Tramp bugünkü müsahibəsində bu məsələyə toxunub.

Onun sözlərinə görə, Tehran yeni zərbələrə məruz qalmaq istəmir.

“Onlar razılaşma əldə etmək istəyirlər. Baxın, aydındır ki, zərbə almaq istəmirlər. Onlar razılaşma istəyirlər. Görək necə olacaq”, – ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Tramp bu açıqlamanı ABŞ-la İran arasında Hörmüz boğazı ətrafında danışıqların davam etdiyi və tərəflər arasında mümkün razılaşma ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda səsləndirib.

Loading

Next Post

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, İrfan Davudov 2021-ci il iyulun 23-də Azərbaycanın Malayziyada səfiri təyin olunub. Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.