İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram”.

Loading

Next Post

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.Bu barədə “Report”un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, mərhum şairlə əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiriləcək. Vida mərasiminin ardınca cənazə I Fəxri xiyabana aparılaraq orada dəfn ediləcək. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün […]