Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oxunma vaxtı:23 Saniyə

Bakının Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində aidiyyəti qurumun aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi melumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşana qədər 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan – Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.

Loading

Next Post

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Yaxın iki həftə ərzində ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər edə bilərlər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, bu səfər onun bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla keçirilən görüşünün nəticələrindən biri olacaq. Əgər səfər baş tutarsa, bu, […]