Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:21 Saniyə

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Bakı Bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq

Bakı Dənizkənarı Bulvarının uzunluğunun gələcəkdə 25 kilometrə qədər artırılması nəzərdə tutulur. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə görə, son illərdə Bakı Dənizkənarı Bulvarı keyfiyyətcə yeni mərhələyə keçib. E. Əzizov qeyd edib ki, əvvəllər 3 kilometr olan bulvarın uzunluğu hazırda 17 kilometrə çatdırılıb. O əlavə edib […]