Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Oxunma vaxtı:29 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisindəki obyektlərə endirilən uzaqmənzilli zərbələrin Rostov vilayətindəki ixrac terminalını, eləcə də Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərini vurmağa imkan verdiyini təsdiqləyib.

Bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, iyulun 27-nə keçən gecə Ukraynanın uzaqmənzilli vasitələri Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr məsafədə yerləşən ixrac terminalını vurub.

O qeyd edib ki, Ukraynanın dövlət sərhədindən təxminən 1300 kilometr aralıda yerləşən Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərinə də analoji zərbələr endirilib.

“Uzaqmənzilli fəaliyyət planını həyata keçiririk və Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını azaldırıq”, – Zelenski vurğulayıb.

Loading

Next Post

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 28-də 41 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 759 mm […]