Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Oxunma vaxtı:27 Saniyə

Çin heç vaxt ABŞ-dəki prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməyib və gələcəkdə də etmək niyyətində deyil.

Bunu Çinin Vaşinqtondakı Səfirliyi bildirib.

“Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”, – diplomatik missiya vurğulayıb.

Səfirlik ABŞ-dəki seçkilərinin ölkənin daxili işi olduğunu və nəticələrinin Amerika xalqı tərəfindən müəyyən edildiyini vurğulayıb. Diplomatlar Pekinin ABŞ-dəki prezident seçkilərinə təsir göstərdiyinə dair iddiaları rədd ediblər.

Ağ Ev rəhbəri Donald Tramp daha əvvəl iddia edib ki, Çin 2020-ci ildə təxminən 220 milyon amerikalı seçicinin məlumatlarına icazəsiz giriş əldə edib.

Loading

Next Post

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub. İspaniya – Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb. DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə isə venesuelalı Xesus Valensuela əsas söz sahibi olacaq. Xatırladaq ki, Fransa – İngiltərə oyunu iyulun 18-dən 19-na keçən […]