Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

Oxunma vaxtı:22 Saniyə

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq.

Bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb.

İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək.

Qeyd edək ki, Nikol Paşinyan may ayında Ermənistanda iyunun 7-də baş tutmuş parlament seçkiləri ilə əlaqədar artıq məzuniyyətdə idi.

Loading

Next Post

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyulun 10-da 37 dərəcə isti gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə […]