İlham Əliyev Malavi Prezidentini təbrik edib

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev malavili həmkarı Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

Next Post

"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb

Bu il yanvarın 1-nə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin 424 səhmdarı olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 vahid və yaxud 1,2 % azdır. Hesabat dövründə müəssisənin əsas səhmdarı 96,0297 % payla “LOTOS-S” MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 428-dən 423-ə düşüb. Xatırladaq ki, “Bakı Hövsan […]