“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb

Oxunma vaxtı:21 Saniyə

Bu il yanvarın 1-nə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin 424 səhmdarı olub.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 vahid və yaxud 1,2 % azdır.

Hesabat dövründə müəssisənin əsas səhmdarı 96,0297 % payla “LOTOS-S” MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 428-dən 423-ə düşüb.

Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.

Loading

Next Post

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, yeni şatllardan biri – C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus […]