Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

Oxunma vaxtı:28 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığı Nümayəndələr Palatasının sədrinin müavini Məhəmməd Qayatla danışıqları ölkələr arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsini təsdiqləyib.

Bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş öz feysbuk səhifəsində yazıb.

Diplomat vurğulayıb ki, Sahibə Qafarova və Məhəmməd Qayatın görüşü Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyası çərçivəsində baş tutub. “Görüş zamanı Məhəmməd Qayat krallığın ərazi bütövlüyünə və onun Mərakeş Saxarası üzərindəki suverenliyinə göstərdiyi dəyişməz dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O, həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni təkan verilməsinin vacibliyini də vurğulayıb”, – A.Embarş yazıb.

Loading

Next Post

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə  “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq. […]