Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Oxunma vaxtı:31 Saniyə

Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır.

Bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyri-iş günlərinin sayı artıb.

Belə ki, martın 20-24-ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22-si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da qeyri-iş günü hesab olunur.

Bundan əlavə, Ramazan bayramı günlərinin də qeyri-iş günləri ilə üst-üstə düşməsi səbəbindən növbəti iş günləri – 27 və 30 mart tarixləri də istirahət günü elan edilib.

Martın 31-i isə bayramdan sonra ilk iş günü hesab edilir.

Loading

Next Post

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.Martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq. Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir. Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq. QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd […]