Zakir Fərəcov partlayış baş verən ərazidə olub – FOTO

Oxunma vaxtı:27 Saniyə

Sumqayıt şəhər, 13-cü mikrorayon ərazisində baş verən partlayışdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə gələrək vəziyyətlə tanış olub.

Hadisə nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında 13-cü mikrorayonda beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində Əliyev Ramin Zakir oğlu (1977), Əliyev Ayxan Ramin oğlu (2007) və Əliyeva Familə Ramin qızı (2010) xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimallara görə, partlayışın səbəbi qaz sızması olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Loading

Next Post

Prezident onu yenidən rektor təyin etdi

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edildiyi üçün E.İsayevlə bağlı yeni Sərəncam imzalanıb. Belə ki, 2019-cu ilin bu günü Naxçıvan Dövlət Universitetinə təyinat alan rektorun bu ay səlahiyyət müddəti başa […]