AzMİU-nun əməkdaşı işdə vəfat etdi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı vəfat edib.

Bu barədə universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat yayıb. 

Onun sözlərinə görə, universitetin tibb xidmətinin və çağırılan təcili dibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin diaqnozuna görə onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin”.

Loading

Next Post

Ermənilər mövqelərimizi yenidən ATƏŞƏ TUTDU

Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, […]