Qarabağ torpaqlarına sancılan Azərbaycan bayraqları bir daha enməyəcək – Ali Erbaş

Oxunma vaxtı:54 Saniyə

Sərhədlərimizi pozduqlarına və beynəlxalq qanunlara zidd olaraq işğal altındakı ərazilərdə arxeoloji qazıntılar apardıqlarına görə həmin erməni və Avropa “alimləri” barədə cinayət işlərinin açılmasına da ehtiyac var.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, son 30 ilə yaxın müddətdə işğal altında qalan abidələrimizə erməni vandallarının vurduğu ziyan müxtəlif olub. Bu barədə hələ tam informasiyalara malik olmasaq da, qədim dövr arxeoloji abidələrdə ermənilərin qeyri-qanuni qazıntılar apardığı, bu işə bəzi Avropa alimlərini də cəlb etdikləri artıq heç kimə sirr deyil.

N.Müseyibli qeyd edib ki, ən çox dağıntılara, vandalizm əməllərinə məruz qalan abidələrimiz isə İslam mədəniyyəti abidələridir. Məhz bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıdıblar. Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olub. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və s. abidələrdir:

“Ermənilər tərəfindən dağıntılara və mənimsəmələrə məruz qalmış növbəti qrup abidələr Albaniya dövrü və sonrakı Orta Əsrlərə aid xristian dini təyinatlı arxeoloji-memarlıq kompleksləridir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilib, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılıb”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hulusi Akar, Zakir Həsənov və digər yüksək vəzifəli hərbçilər Müdafiə Nazirliyində görüş keçiriblər (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata gröə, noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. XXX Türkiyə […]