Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək – Lavrov

Oxunma vaxtı:25 Saniyə

Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, türk müşahidəçilərin hərəkətliliyinin sərhədləri birgə monitorinq mərkəzinin yerləşəcəyi coğrafi koordinatlarla məhdudlaşacaq:

“Bu mərkəz Azərbaycanın Qarabağa yaxın olmayan ərazisində yerləşəcək. Mərkəz sırf distant rejimdə, texniki nəzarət vasitələri, o cümlədən pilotsuz uçuş aparatları və digər texnologiyalardan istifadə etməklə fəaliyyət göstərəcək. Bu vasitələr Qarabağda yerüstü vəziyyətə nəzarət etməyə, hansı tərəfin şərtlərə əməl etdiyini və ya etmədiyni müəyyənləşdirməyə kömək edəcək”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azercell Şuşada ilk 4G şəbəkəsini qurdu

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı! Doğrusöztv.Az bildirir ki, “Azercell Telekom”dan verilən məlumata görə, Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom”da şanlı qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə […]