Şəkidə sel fəsadlar törədib

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Şəkidə leysan fəsadlar törədib.

Mayın 24-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava Şəki rayonun Cəfərabad kəndi ərazisindən keçən Böyük Dəhnə çayında daşqına səbəb olub.

Daşqın nəticəsində çayın Cəfərabad kəndi ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən 5 evin həyətyanı sahəsinə və həyətdə olan köməkçi tikililərə sel suları dolub.

Daha iki yaşayış evinin birinci mərtəbəsinə sel suları dolub. 

Səhər saatlarından müvafiq qurum nümayəndələri əraziyə cəlb edilib.

Mülkü müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsilə ərazidən kənarlaşdırması prosesinə başlayıblar.

Loading

Next Post

Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb. 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib. Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub […]