Roma Papası İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:23 Saniyə

Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.

Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq,

hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım göstərərək həmişə sülhün tərəfdarı olsunlar.

Zati-alinizə, dövlət işlərinə məsul şəxslərə və bütün həmvətənlərinizə İlahidən xeyir-dua diləyirəm”.

Loading

Next Post

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabında məlumat verilib. “Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi. […]