Azərbaycan neftinin qiyməti 75 dollara çatıb

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,48 % azalaraq 75 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Rus generalın ölümünə görə iki nəfər TUTULDU

Rusiya ordusunun  radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun öldürülməsində şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə “Kommersant” qəzeti yazıb. Bilirilir ki, şübhəlilər cinayət yerindən izlənilib, burada müşahidə kameraları bir neçə şübhəli avtomobili qeydə alıb. Nəşr yazır ki, təşkilatçılar messencerlər vasitəsilə həmin şəxslərlə əlaqə saxlayıb. General-leytenant İqor […]