Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:33 Saniyə

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Loading

Next Post

Avstriyada atışma baş verib, üç nəfər ölüb

Avstriyanın Lints şəhərində restoranın yanında baş verən atışma nəticəsində üç nəfər ölüb. Bu barədə “Kronen Zeitung” nəşri məlumat yayıb. Bildirilib ki, yaşlı kişi iki qadını, daha sonra isə “Lüftner” otelinin yaxınlığındakı restoranın yanında gənc bir qadını güllələyib, bundan sonra isə intihar edib. Hazırda genişmiqyaslı əməliyyat keçirilir.