İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:18 Saniyə


Aprelin 27-si gündüzdən 28-i gündüzədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb

Bu gün 6 sənəd imzaladıq. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib. O bildirib ki, heyətlər birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar.