Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Oxunma vaxtı:20 Saniyə

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.

Bunlar “Skynet” MMC və “Robonet” MMC-lərdir.

Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.

Xatırladaq ki, “Skynet” 2023-cü ilin aprel ayında, “Robonet” MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.

Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.

Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Loading

Next Post

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti […]