Sabahın hava proqnozu açıqlanıb

Oxunma vaxtı:35 Saniyə

Bakıda və Abşeron yarımadasında yanavrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.

Loading

Next Post

ABŞ-Ermənistan strateji müttəfiqliyi – Vaşinqtonun Rusiyaya qarşı aləti - ANALİZ

Erməni etnik qrupu havadarını aldatmaq, ona nankorluq etmək adətini davam etdirir. Bir zamanlar, Qacar, Osmanlı dövlətlərinə, keçmiş SSRİ-yə etdiyi xəyanəti indi Rusiyaya qarşı açıq-aşkar şəkildə edir. Yenixeber.org: Yanvarın 14-də Bakı vaxtı ilə saat 22.00-da Vaşinqtonda ABŞ ilə Ermənistan arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanacaq. Sənədi ABŞ-nin dövlət katib Antoni Blinken […]