DYP əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib

Oxunma vaxtı:45 Saniyə

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edib.

DYP xəbərdarlığın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edib.

da əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə almağı məsləhət görüb.

Məlumatda xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.

“Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur”, – xəbərdarlıqda qeyd olunub.

Loading

Next Post

Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır

Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır”, – o bildirib. Bu yaxınlarda təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin […]