Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Oxunma vaxtı:35 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əsrlərə söykənən qədim ənənə olan Novruz bizlərə ümid və bərəkət dolu günləri müjdələyir. Ortaq mədəniyyətimizin mühüm hissəsi olan bu əlamətdar gündə dostluq və qardaşlıq əlaqələrimizin daha da güclənəcəyinə əminəm.

2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm. Ölkələrimiz arasındakı əlaqələrin güclənərək inkişaf etməsi və ortaq hədəflərimizə birlikdə nail olunması yolunda daha sıx əməkdaşlıq etmək arzusu ilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm”.

Loading

Next Post

Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlandı

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb. Planetin 500 ən güclü mütəxəssisini sırasında bir azərbaycanlı məşqçi yer alıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 140-cıdır. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 pillə geriləyib. “Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 196-cidir. O, ötən […]