Ailəsi ondan imtina etdiyi üçün qumbara partlatdı – Bakıda

Oxunma vaxtı:32 Saniyə

Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb.

Bu barədə DİN Mətbuat Xidmətindən BiG.AZ-a bildirilib. Məlumata görə, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Onların birgə nikahdan 3 övladı var.

Loading

Next Post

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür… Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının […]