Andrey Lunyov çempionun adını açıqladı

Oxunma vaxtı:24 Saniyə

Hələlik hazırkı mərhələyə fokuslanmışam. Yəni indi yığmadayam, sonra kluba qayıdacam.

Bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı qolkiper öz ölkəsinin klublarından birinə keçməklə bağlı sualı cavablandırıb: “Klubuma qayıtdıqdan sonra orada qarşımıza qoyulan vəzifələri həll etməliyik. Sonra necə olacağına baxarıq”.

Lunyov Rusiya Premyer Liqasını izləmədiyini bildirib: “Rusiya futboluna xüsusi olaraq izləmirəm. Konkret nə isə deyə bilmərəm. Amma “Zenit” çempiondur. Bu, dəqiqdir”.

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında “Qarabağ”a keçib.

Loading

Next Post

Bu gün Ümumdünya Su Günüdür

22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su […]